“Çelsi”nin qapıçısı İtaliya yolunda
15.04.2022 - 13:32
“Çelsi”nin qapıçısı Kepa Arrizabalaqa karyerasını İtaliyada davam etdirə bilər.
Apasport.az saytının məlumatına görə, 28 yaşlı qolkiper “Yuventus”un maraq dairəsindədir.
Turin təmsilçisi Canluici Buffonun gedişindən sonra çərçivədə yaranan boşluğu ispaniyalı ilə doldurmaq niyyətindədir. İtaliyalılar Kepanı hazırkı qapıçı Voyçex Şesnıya layiqli əvəzləyici qismində görürlər. Qolkiperin “Çelsi” ilə müqavilə müddəti 2025-ci ilin yayına qədər olsa da, əsas heyətə düşə bilmədiyi üçün ayrılmaq fikrindədir.
Qeyd edək ki, Kepa Arrizabalaqa bu mövsüm bütün turnirlərdə 15 oyunda iştirak edib.
0
0