“Çelsi”yə görə “Mançester Yunayted”ə “yox” dedi
25.04.2022 - 00:01
“Çelsi”yə görə “Mançester Yunayted”ə “yox” dedi

“Çelsi”nin müdafiəçisi Antonio Rudiger “Mançester Yunayted”in təklifini rədd edib.

Apasport.az saytı xəbər verir ki, Almaniya millisinin üzvü hazırkı klubuna olan hörmətinə görə bu addımı atıb.

Halbuki “qırmızı şeytanlar” 29 yaşlı oyunçuya illik 10 milyon avro maaş ödəməyə hazırdır. Mançester təmsilçisinə “yox” cavabını verən Rudigerin mövsümün sonunda “Real”a keçidi gözlənilir. O, gələn həftə “kral klubu” ilə şərti razılıq əldə etməyi planlaşdırır.

Qeyd edək ki, Antonio Rudigerin 2017-ci ildən formasını geyindiyi “Çelsi” ilə müqavilə müddəti mövsümün sonuna qədərdir.