"Asan qələbə olmadı. Yaxşı ki, qalib gəldik”.
Apasport.az saytının məlumatına görə, bunu "Neftçi”nin müdafiəçisi Anton Krivotsyuk deyib.
O, "Sabah”la oyundan (2:0) sonra klubun rəsmi saytına açıqlama verib. İlk qolun müəllifi olan gənc futbolçu bu qələbənin psixoloji baxımdan da əhəmiyyətli olduğunu bildirib: “Psixoloji baxımdan da əhəmiyyətli qələbədir. Çempionluq uğrunda mübarizəni davam etdiririk. Vurduğum qola gəlincə, topa başla zərbə endirmək anı yetişəndə, bunu hiss edirəm. Azərbaycan Kuboku uğrunda mübarizədəki rəqibimiz asan deyil. Bununla belə, "Sumqayıt”a qalib gəlib mərhələ adlayacağımıza inanıram”.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı