“Cenoa” heyətini gücləndirir
30.12.2019 - 15:12
“Cenoa” heyətini gücləndirir

İtaliyanın “Milan” klubunun futbolçusu Fabio Borini komandasını dəyişir.

Apasport.az saytının məlumatına görə, hücumçu karyerasını “Cenoa”da davam etdirəcək.

Milanın eyniadlı təmsilçisi bu transferə razılıq verib. “Cenoa” yeni futbolçusuna 2022-ci ilə qədər müqavilə təklif edib.

Qeyd edək ki, “Cenoa” “Yuventus”un qapıçısı Mattia Perini də icarəyə götürəcək. Qolkiper mövsümün sonunadək Genuya təmsilçisində çıxış edəcək.