"Bilirdik ki, bizi çətin oyun gözləyir. İlk matçdakı neqativ nəticəni aradan qaldırmağa çalışırdıq”.
Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Roberto Bordin deyib.
İtaliyalı mütəxəssis Azərbaycan kubokunun 1/4 final mərhələsinin "Sumqayıt” klubu ilə cavab oyunu sonrası mətbuat konfransında fikirlərini açıqlayıb. O, komandanın yarışda mübarizəni dayandırdığı üçün məyus olduğunu bildirib: “Cinahlardan hücumlara üstünlük verməyə cəhd etsək də, qapıya zərbələr kifayət qədər deyildi. Bəzən bəxtimiz də gətirmirdi. Mübarizəni dayandırdığımız üçün çox məyusuq”.
Qeyd edək ki, ilk qarşılaşmada “Sumqayıt”a 0:1 hesabı ilə uduzan “Neftçi” cavab görüşündə qolsuz heç-heçə edib.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı