Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşovun ABŞ klubu "Feniks Rizinq"ə keçməsi sabiq komandası "Proyssen"də narazılıq yaradıb.
Apasport.az saytının Almaniya mətbuatına istinadən məlumatına görə, III Bundesliqa təmsilçisi komandanı mövsümün ortasında tərk etdiyi üçün 28 yaşlı forvardı qınayır.
Münster təmsilçisinin idman direktoru Malte Metzelder aparıcı futbolçularının bu addıma əl atmasını hələ də başa düşmədiklərini söyləyib: "Təəssüf ki, Rüfət Dadaşov şəxsi hədəflərini komandanın hədəflərindən üstün tutdu. Onun belə qərar verməsi bizim üçün gözlənilməz oldu".
Qeyd edək ki, Rüfət Dadaşov "Feniks Rizinq"lə 1 illik müqavilə imzalayıb.
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək