“Səbail” əzmkar komandadır. Ancaq bu gün iki qol vurub qələbə qazandıq. Bu qalibiyyətdə pay sahibi olduğum üçün çox sevinirəm”.
Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin futbolçusu Azər Salahlı Premyer Liqanın XVIII turunda “Səbail”ə 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.
Milli komandamızın üzvü “Neftçi”də vurduğu ilk qola görə sevincini də gizlətməyib: “Bu “Neftçi”də ilk qolum idi. Üzərimdə çalışıb, daha çox qol vurmaq istəyirəm”.
O, sol cinahda Yusuf Laval və ya Azər Əliyevlə birlikdə oynamağın heç bir fərqinin olmadığını vurğulayıb: “Yusuf və ya Azərlə oynamağın fərqi yoxdur. Çünki məşqçinin tələbi eynidir”.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı