“Nizamnaməyə uyğun olaraq, AFFA-nın Hesabat-Seçki Konfransı ilin ilk üç ayı ərzində keçirilməlidir. Əvvəlki illərdə adətən martda təşkil olunurdu”.
Apasport.az saytının məlumatına görə, bunu AFFA-nın baş katibi Elxan Məmmədov deyib.
O, assosiasiyanın növbədənkənar Konfransı və İcraiyyə Komitəsinin iclasından sonra keçirdiyi brifinqdə bəzi sualları cavablandırıb. E.Məmmədov Hesabat-Seçki Konfransının yanvarın 28-də keçirilməsinə də aydınlıq gətirib: “Bu dəfə yanvarın sonunda etmək istədik. Buna əsas səbəb dörd oyunu Bakıda keçiriləcək Avropa çempionatının final mərhələsi ilə bağlı hazırlıq işlərinin çoxluğu və qrafikimizin sıxlığıdır. Ona görə də düşündük ki, Konfransını yanvarın sonunda keçirək. Mart ayında müxtəlif tədbirlər təşkil olunacaq”.
E.Məmmədov İntizam Komitəsinin danışılmış oyunlarda iştiraka görə bir qrup şəxsin futboldan kənarlaşdırılmasına da münasibət bildirib: “Əslində, irəliləyiş olub. Çox sayda şəxslər futboldan kənarlaşdırılıb. Danışılmış oyunlarda iştirak edənlər arasında futbol sahəsində çalışmayanlar da var. AFFA onları cəzalandıra bilməz. Bu məsələ ilə hüquq-mühafizə orqanları məşğuldur. Onlara minnətdarlığımızı bildiririk. Qərarı da onlarla məsləhətləşərək verdik. Danışılmış oyunlarla bağlı məsələlərdə bizə dəstək olurlar. Klublarda çalışan AFFA nümayəndələrinə təşəkkür edirəm. Onlara məxfi nömrələr vermişik. Bizə məxfi məlumatlar ötürürlər. 2-3 il əvvəl başlanmış mübarizənin nəticələrini görürük. AFFA prezidenti də demişdi ki, bu virusu təmizləməyə çalışacağıq. Azərbaycan deyil, dünya idmanının ən böyük təhdidi danışılmış oyunlardır. Biz aktiv mübarizə aparacağıq. İstintaq getdiyinə görə bəzi məsələləri deyə bilmirəm. Amma tanınmış insanlar da olacaq. Ən qorxulusu odur ki, danışılmış oyunlarla bağlı cinayət işində digər idman növlərindəki şəxslər də üzə çıxıb”.
Baş katib qeyd edib ki, digər sahələrdə çalışanların çirkin əməllərini futbolda aşkarlanıb: “Biz ancaq futbola cavabdehlik daşıyırıq. Amma digər idman növlərinin nümayəndələri futbola daxil olaraq danışılmış oyunlarda iştirak edirlər. Çox ciddi məsələdir. Bununla məşğul oluruq. Milli komandanın, gənclər yığmasının üzvlərini də araşdırırıq. Kiməsə şər atmaq olmaz. Çünki bu istintaqa da maneçilik göstərir və ab-havanı pozur. Mediada belə hallarla bağlı məlumat varsa, bizimlə əlaqə saxlasın. Şər atmaqla düzələn deyil. Təbii ki, sağlam tənqid qəbul olunur. Amma yalan, süni tənqid yox. Biz mühafizə orqanlarının köməyi ilə danışılmış oyunlarla mübarizə aparırıq”.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı