Avropa Liqasının qrup mərhələsinin VI turu çərçivəsində bu gün baş tutacaq “Qarabağ” – “Düdelanj” oyununda qonaqların baş məşqçisi Bertran Krasson komandasına tribunadan rəhbərlik edəcək.
Apasport.az saytının məlumatına görə, əvvəlki matçlarda 3 sarı vərəqə ilə cəzalanan belçikalı mütəxəssis cəzalı durumda olsa da, yetirmələrinə tapşırıqları köməkçisi vasitəsilə çatdıracaq.
B.Krasson komandanı oyuna çıxaracaq Lexit Zeqdenenin texniki zonada onun göstərişlərinə əməl edəcəyini açıqlayıb: “Biz telefon və ya ratsiya vasitəsilə danışacağıq. Bu, UEFA-nın qaydalarına da zidd deyil”.
Qeyd edək ki, qaydalara görə cəzalı baş məşqçi oyundan əvvəl və fasilədə ehtiyat futbolçular skamyası ilə yanaşı soyunub-geyinmə otağına da daxil ola bilməz.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı