İspaniyanın “Real” klubunun futbolçusu Serxio Ramos yeni rekorda imza atıb.
Apasport.az saytının məlumatına görə, təcrübəli müdafiəçi “El-Klasiko”da ən çox oyun keçirən futbolçu adına yiyələnib.
Hazırda davam edən “Barselona” – “Real” matçı S.Ramosun 43-cü belə oyunudur. O, bütün matçlara paytaxt təmsilçisinin heyətində çıxıb.
Kataloniyalıların heyətində yer alan Lionel Messi isə 42-ci dəfə “Real”a qarşı oynayır. O, bu göstəricidə sabiq komanda yoldaşı Xaviyə çatıb. “Real”ın sabiq oyunçuları Manolo Sançis və Fransisko Xentonun da hesabında eyni sayda “El-Klassiko” var.
Qeyd edək ki, X turdan təxirə salınan “Barselona” – “Real” qarşılaşmasında hələlik hesab açılmayıb.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı