İngiltərənin “Everton” klubunda baş məşqçi təyinatı rəsmiləşib.
Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisinin “sükanı arxası”na italiyalı mütəxəssis Karlo Ançelotti keçib.
60 yaşlı mütəxəssis Marko Silvanın istefasından sonra bu vəzifəni müvəqqəti icra edən Dankan Ferqyusonu əvəzləyib. K.Ançelotti ilə 4,5 illik müqavilə imzalanıb. O, 2024-cü ilin yayına qədər Liverpul klubuna rəhbərlik edəcək.
Onun təyinatı Premyer Liqanın “Arsenal”la bugünkü oyunundan bir saat əvvəl rəsmən açıqlanıb. Maraqlıdır ki, rəqib komanda da bu həftə yeni çalışdırıcı ilə anlaşıb. London təmsilçisi Mikel Arteta ilə 3,5 illik müqavilə bağlayıb.
Qeyd edək ki, K.Ancelottinin son klubu “Napoli” olub. O, komandasını Çempionlar Liqasının 1/8 finalına çıxardığı günün ertəsi istefaya göndərilib.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı