“Everton” Rusiya şirkətləri ilə müqaviləni ləğv etdi
02.03.2022 - 17:17
“Everton” Rusiya şirkətləri ilə əməkdaşlığa son qoyub.
Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi USM, “Megafon” və “Yota” ilə müqaviləyə xitam verdiyini açıqlayıb.
Liverpul təmsilçisi buna səbəb kimi Rusiya qoşunlarının Ukraynada hərbi əməliyyatlar aparmasını göstərib: “Klubda hər kəs Ukraynada baş verən dəhşətli hadisələrdən şokdadır və kədərlidir. Adıçəkilən şirkətlərlə bütün kommersiya sponsorluq razılaşmalarının dayandırılması qərara alınıb”.
Qeyd edək ki, daha əvvəl UEFA və “Şalke” Rusiyanın “Qazprom” şirkəti ilə əməkdaşlığı ləğv edib.
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
0
0