“Everton” hücumçularını satır
20.04.2022 - 00:28
“Everton” hücumçularını satır

“Everton” iki futbolçusu ilə vidalaşmağa qərar verib.

Apasport.az saytının məlumatına görə, Premyer Liqadan düşmək təhlükəsi ilə üz-üzə qalan Liverpul təmsilçisi hücumçuları ilə vidalaşmağı planlaşdırır.

Klub rəhbərliyi Dominik Kalvert-Levin və Rişarilsonla bağlı təklifləri dəyərləndirməyə hazırdır. Bu oyunçuların satışından əldə ediləcək vəsait heyətin yenidən formalaşmasına istifadə olunacaq. Hər iki futbolçu “Arsenal” və “Mançester Yunayted”in maraq dairəsindədir.

Qeyd edək ki, Rişarilson cari mövsümün 28 matçında 7, Kalvert-Levin 30 görüşündə 13 qol vurub.