“Everton”a "yox" dedi - Unai Emeri
14.12.2019 - 10:24
İngiltərənin “Arsenal” klubunun sabiq baş məşqçisi Unai Emeri “Everton”u çalışdırmaqdan imtina edib.
Apasport.az saytının məlumatına görə, ispaniyalı mütəxəssis Liverpul təmsilçisinin təklifini qəbul etmək istəməyib.
O, həmçinin Çin Superliqasında çıxış edən iki komanda ilə danışıqlar aparmaqdan da boyun qaçırıb. Buna mütəxəssisin iddiaları səbəb olub.
İspaniyalı ciddi mükafatlar uğrunda mübarizə aparan komandanı çalışdırmaq istəyir.
Qeyd edək ki, U.Emeri noyabrın 29-da “Arsenal”ın baş məşqçisi postundan kənarlaşdırılıb.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
0
0