“Finala çıxmaq istəyirik” – “Qəbələ”nin futbolçusu
20.12.2019 - 12:42
“Finala çıxmaq istəyirik” – “Qəbələ”nin futbolçusu

“Sabah”a qarşı ikinci oyunda da qələbə qazanmaq istəyirdik. Bunun üçün oynadıq və istəyimiz alındı. Çünki arxayınlaşmamışdıq, ağır olacağını bilirdik, ciddi hazırlaşmışdıq”. 

Bunu apasport.az saytına “Qəbələ”nin yarımmüdafiəçisi Rövlan Muradov deyib.

Azərbaycan kubokunun 1/4 final mərhələsində “Sabah”la qarşılaşan “Qəbələ” hər iki görüşdə qələbə qazanaraq (3:0, 3:2) yarımfinala yüksəlib. “Sabah”a qarşı cavab oyununda Davit Volkovun dubl etməsində xüsusi pay sahibi olan Muradov iki məhsuldar ötürmə ilə yadda qalıb. 

O, həmin epizodları belə şərh edib: “Hər oyuna qələbə üçün çıxırıq. “Sabah” yaxşı komandadır, yaxşı oyunçuları var. Əslində, bu rəqibə asanlıqla qalib gəlmədik. Kənardan belə görünə bilər, amma meydanda tam fərqli idi. Çox ağır matç oldu. Vuruşduq və bunun da bəhrəsini gördük. Mərhələ adladığımıza görə çox sevinirəm. Bu, ilin son oyunu idi. Qələbə qazanıb fasiləyə yollanmaq da gözəl hissdir”.

“Qəbələ”də əsas heyət üzvünə çevrilməyi bacaran 21 yaşlı oyunçu yarımfinalda “Zirə” ilə matçda da qələbə haqda düşündüklərini deyib. Azərbaycan kubokunun qalibi əsas hədəflərinin bu rəqibi də mübarizədən kənarlaşdırmaq olduğunu vurğulayıb: “Təbii ki, finala çıxmaq istəyirik. İndi fasilədir. Təlim-məşq toplanışı zamanı yaxşı işləyəcəyik ki, istədiyimizi əldə edə bilək”.