“Səbail”ə qarşı ilk oyun olduqca çətin alındı. Çempionat oyunu ilə tamam fərqli idi”.
Bunu apasport.az saytına “Zirə”nin müdafiəçisi Adrian Skarlatake deyib.
Azərbaycan kubokunun 1/4 final mərhələsində “Səbail”lə qarşılaşan “Zirə” ilk oyunda səfərdə rəqibi ilə qolsuz heç-heçə edib. Rumıniyalı futbolçu həmin görüşdə meydanın süni örtüklü olması səbəbindən çətin anlar yaşadıqlarını açıqlayıb: “Oyun onsuz da çətin olacaqdı. “Səbail” üçün süni meydanda oynamaq normaldır. Çünki onlar hər gün orada məşq edir, ev oyunlarını eyni məkanda keçirirlər. “Səbail” bu görüşdə yaxşı çıxış etdi və revanş almaq istəyirdilər. Əslində qol vurmaq üçün şanslarımız oldu. Qol vura bilməməyimiz yaxşı olmadı. Amma əsas müsbət məqam qapımızdan top buraxmadıq. Zirədəki görüşdə çox ehtiyatlı oynamalı və müdafiədə səhvə yol verməməliyik. Əminəm ki, cavab görüşündə biz qalib gələcəyik”.
“Zirə” bu il ölkə çempionatının son görüşündə evdə “Səbail”ə 4:1 hesabı ilə qalib gəlib. Skarlatake həmin hesabın təkrarlanacağına inanmadığını dilə gətirib: “Bəli, çempionat oyununda 4:1 qalib gəlmişdik. Amma kubokun cavab oyununda da bu hesabla qalib gələcəyimizə inanmıram. Sadəcə məsələ ondadır ki, açıq futbol olmayacaq, qapalı oyun gedəcək. Nəticənin minimal olacağını düşünürəm. Amma “Səbail”in hücumda çox yaxşı futbolçuları var”.
33 yaşlı futbolçu “Zirə”nin final şanslarını dəyərləndirib. O, komandasının cari mövsüm ölkə kubokunda uğur qazanmaq üçün yaxşı şanslarının olduğu fikrindədir: “Finala yüksəlmək üçün yaxşı yolumuz var. Amma öncə “Səbail”i keçməliyik. Yarımfinala adlasaq, final şansımız 50/50-ə olacaq. Karyeram ərzində 3 dəfə ölkə kuboku, bir dəfə isə ölkə superkubokunu qazanmışam. Önəmli olan finala qədər gedib çıxmaqdır, daha sonra necə olacağını görəcəyik. Finala gedən yol həlledici matçdan çətindir”.
Qeyd edək ki, “Zirə” “Səbail”lə ikinci matçı dekabrın 19-da keçirəcək.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı