"Paderborn"a keçidim gündəmdə olub? Belə şey yoxdur. Mən ABŞ klubu ilə anlaşmışam".
Bunu apasport.az saytına açıqlamasında Azərbaycan millisinin futbolçusu Rüfət Dadaşov deyib.
Almaniya "Proyssen"ində ayrılaraq, "Finiks Rizinq" klubuna keçən 28 yaşlı hücumçu “Paderborn”a keçmək variantına münasibət bildirib. ABŞ-ın gücünə görə ikinci liqa komandasında oynayacaq Dadaşov Bundesliqa klubu ilə danışıq belə aparmadığını vurğulayıb: "Bu xəbərləri kimin və nə üçün yazdığını anlamıram. Mən "Paderborn"la danışmamışam. Kimin nə yazmasından asılı olmayaraq, mən "Finiks Rizinq"lə anlaşmışam və orada oynayacam".
Qeyd edək ki, hücumçu karyerası ərzində "Qonsenheym", "Kayzerslauten", "Saarbrükken", "Germania Halberştat", "Moyzelviz", "Dinamo" (Berlin) klublarında oynayıb.