İtaliyanın “Fiorentina” klubunun baş məşqçisi Vinçentso Montella istefaya göndərilə bilər.
Apasport.az saytının məlumatına görə, bunu klubun idman direktoru Daniele Prade açıqlayıb.
O bildirib ki, baş məşqçinin taleyini klub rəhbərliyinin keçirəcəyi iclasda aydınlıq gələcək: “Azarkeşlərdən üzr istəyirik. Çox ağır vəziyyətdir. Sabah keçiriləcək iclası gözləyirik. Görək, klub prezidenti nə qərar verir. O, indiyədək heç kimi işdən azad etməyib. Amma indi vəziyyət ağırdır. Montellaya da layiqli əvəzləyici tapmaq asan olmayacaq. Amma azarkeşlərin də səbrinin həddi var”.
Qeyd edək ki, 7 oyundur qalib gəlməyən “Fiorentina” dünən evdə “Roma”ya 1:4 hesabı ilə uduzub.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı