“Fiorentina”da yeni hücumçu
10.01.2020 - 14:03
“Fiorentina”da yeni hücumçu

İngiltərənin “Vulverhempton” klubunun futbolçusu Patrik Kutrone karyerasını İtaliyada davam etdirəcək.

Apasport.az saytının məlumatına görə, 22 yaşlı hücumçu mövsümün sonunadək icarə əsasında “Fiorentina”nın şərəfini qoruyacaq.

Florensiya təmsilçisi yayda 16 milyon avroya transfer etmək hüququna da malik olacaq. İngiltərə klubu hücumçunu ötən yay təxminən eyni qiymətə almışdı.

Qeyd edək ki, P.Kutrone 2017-19-cu illərdə digər İtaliya klubu “Milan”da oynayıb.