“Fiorentina”dan yeni təklif: Ömürlük müqavilə
06.12.2019 - 15:11
“Fiorentina”dan yeni təklif: Ömürlük müqavilə

İtaliyanın “Fiorentina” klubu futbolçusu Federiko Kyeza yeni müqavilə bağlayacaq.

Apasport.az saytının məlumatına görə, 22 yaşlı hücumçuya ömürlük müqavilə təklif olunacaq.

“Bənövşəyilər” bununla bağlı futbolçunun atası Enriko Kyeza ilə danışıqlar aparır. Hazırda zədədən sonra bərpa prosesi keçən forvardın mövcud müqaviləsi 2022-ci ilin yayında başa çatacaq.

Qeyd edək ki, F.Kyezanın atası vaxtilə İtaliya millisinin üzvü olub.
 

0
Federiko Kyeza Fiorentina ömürlük cəza