“Fiorentina”dan Premyer Liqaya
25.04.2022 - 20:09
“Fiorentina”dan Premyer Liqaya

“Fiorentina”nın qapıçısı Bartolomey Draqovski karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, “Vest Hem” polşalı qolkiperin xidmətində maraqlıdır.

London klubu müqaviləsi başa çatacaq Lukaş Fabianskini həmyerlisi ilə əvəz etmək istəyir. 24 yaşlı əlcək sahibinin “Fiorentina” ilə anlaşması 2023-cü ilin yayında başa çatacaq. 

Qeyd edək ki, cari mövsümdə 9 oyuna çıxan Draqovski 11 top buraxıb.