“Flamenqo” ilə danışıq aparır – David Luiz
08.09.2021 - 15:16
İngiltərənin “Arsenal” klubunun sabiq futbolçusu David Luiz karyerasını Braziliyada davam etdirməyə yaxındır.
Apasport.az saytının məlumatına görə, London klubu ilə vidalaşdıqdan sonra azad agent statusu alan 34 yaşlı müdafiəçi A seriyasından təklif alıb.
Davidin xidmətində “Flamenqo” maraqlıdır. Hazırda tərəflər arasında danışıqlar gedir. Braziliya klubu müdafiəçi ilə 2 illik müqavilə imzalamaq niyyətindədir.
0
0