Super Liqanın son 8 turunda 7 qələbə, 1 heç-heçə ilə ikinci pilləyə yüksələn “Fənərbaxça” mövsümün sonunda Çempionlar Liqasında uğurla çıxış edəcək heyət formalaşdırmaq niyyətindədir.
Apasport.az saytının məlumatına görə, Türkiyə klubunun transfer dönəmindəki ilk hədəfi müdafiənin sol cinahındakı problemi aradan qaldırmaq olacaq.
Klub rəhbərliyi “Espanyol”un futbolçusu Adria Pedrosanın boşluğu dolduracağına inanır. Bu üzdən 23 yaşlı oyunçunun meneceri ilə danışıqlara start verilib. La Liqa təmsilçisi müqaviləsi gələn ilin yayına qədər olan oyunçusunun keçidindən 4-5 milyon avroluq gəlir əldə etməyi planlaşdırır.
Qeyd edək ki, Adria Pedrosa bu mövsüm “Espanyol”un heyətində 29 oyunda 2 qol, 2 assistlə yadda qalıb.