“Fənərbaxça”ya icazə verilmədi – yoxlama görüşü üçün
03.06.2020 - 12:28
“Fənərbaxça”ya icazə verilmədi – yoxlama görüşü üçün

Koronavirus pandemiyası səbəbindən dayandırılan Türkiyə Super Liqasının bərpasına hazırlaşan “Fənərbaxça” klubu yoxlama görüşü keçirmək istəyib.

Apasport.az saytının məlumatına görə, İstanbul təmsilçisi bununla bağlı Türkiyə Futbol Federasiyasına (TFF) müraciət etsə də, mənfi cavab alıb.

Klubdan verilən məlumatda federasiyanın koronavirusa qarşı alınan tədbirlər çərçivəsində buna razı olmadığı vurğulanıb. Bu üzdən “Fənərbaxça” öz heyətinin futbolçularının iştirakı ilə ikitərəfli oyun keçirməklə kifayətlənəcək.

Qeyd edək ki, iyunun 12-də Türkiyə Super Liqasında XXVII tura start veriləcək.
 

0