“Futbol biznesə çevrilir” – Belçika millisinin futbolçusu
20.11.2019 - 22:33
“Futbol biznesə çevrilir” – Belçika millisinin futbolçusu

Belçika millisinin və İngiltərənin “Mançester Siti” klubunun futbolçusu Kevin De Bruyne AVRO-2020-nin əsasnaməsindən narazıdır.

Apasport.az saytının məlumatına görə, dünyanın ən yaxşı yarımmüdafiəçilərindən olan belçikalı final mərhələsi 12 şəhərdə keçiriləcək yarışın püşkatması baş tutmadan bəzi komandaların qruplar üzrə bölgüsünü sərt tənqid edib.

Məsələ ondadır ki, həlledici raundun püşkatması noyabrın 30-da baş tutacaq. Lakin indidən bəllidir ki, Belçika B qrupunda Rusiya və Danimarka ilə rəqib olacaq. Püşk isə yalnız 4-cü komandanı müəyyənləşdirəcək.

Yarımmüdafiəçi belə əsasnaməni ədalətsiz sayır: “Bu, rüsvayçılıqdır. Mənim üçün yarışların təhrif olunmasıdır. Futbol daha çox biznesə çevrilir”.

Qeyd edək ki, Rusiya və Belçika seçmə mərhələdə də eyni qrupda mübarizə aparıb.