"İlk 60 dəqiqədə sərgilədiyimiz oyundan məmnun qaldım. Bu gün bir neçə gənc futbolçunun əsas komandanın heyətində meydana çıxması sevindirici haldır.”
Apasport.az saytının məlumatına görə, bunu “Sabah”ın baş məşqçisi Jelko Sopiç deyib.
Serbiyalı mütəxəssis Türkiyə toplanışı çərçivəsində keçirilən ilk yoxlama oyununu dəyərləndirib. O, Macarıstan “Pakş”ı ilə matçdakı 0:2 hesablı məğlubiyyətə şərh verib: “Pakş” ilə oyunda çempionatdakı gənc futbolçu limitinə uyğun 10 futbolçu ilə oynadıq. Gənc futbolçularla Macarıstanın Yüksək Liqa təmsilçisinə qarşı oynamağın çətin olacağını bilirdim. Lakin onlar məşqlərdə çox yaxşı iştirak etmişdilər və şans qazanmağa layiq idilər. Gənc futbolçularımıza görə sevinirəm və ilk 60 dəqiqədə sərgilədiyimiz oyuna əsasən, gələcək üçün nikbinəm".
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı