“Globe Soccer Awards-2019”un finalçıları açıqlandı
18.12.2019 - 16:52
“Globe Soccer Awards-2019”un finalçıları açıqlandı

Avropa Klublar Assosiasiyası (ECA) və Avropa Futbol Agentləri Assosiasiyasının (EFAA) birgə təsis etdikləri “Globe Soccer Awards-2019”a namizəd olan finalçıların siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, 5 nominasiyada açıqlanan ilkin siyahılarda yer alanlar arasında seçim edilərək daha da qısalıb.

Ən yaxşı futbolçu adına Kriştianu Ronaldo (Portuqaliya, “Yuventus”), Lionel Messi (Argentina, “Barselona”), Məhəmməd Salah (Misir, “Liverpul”) və Vircil van Deyk (Hollandiya, “Liverpul”) iddia edir.

Qadın futbolçular arasında ən yaxşı olmağa üç namizəd qalıb. Bunlar ABŞ millisinin üzvləri Aleks Morqan və Meqan Rapino, həmçinin Lüsi Bronz (İngiltərə) və Amandin Anridir (Fransa).

Ən yaxşı klub adına iddiaçılar “Liverpul” (İngiltərə), “Ayaks” (Hollandiya) və qadınlardan ibarət “Lion” (Fransa) komandalarıdır.

İlin ən yaxşı məşqçisi olmağa Yurgen Klopp (“Liverpul”), Fernandu Santuş (Portuqaliya) və Erik Ten Haq (“Ayaks”) namizəddir.

İlin kəşfi nominasiyasında Ansu Fati (“Barselona”), Erlinq Holland (“Zalsburq”), Ceydon Sanço (“Borussiya” D), Joao Feliş (“Atletiko”) namizədliyi qalıb.

Qeyd edək ki, ən yaxşıların mükafatlandırılması mərasimi dekabrın 29-da BƏƏ-nin paytaxtı Əbu-Dabidə keçiriləcək.