“Hapoel Beer-Şeva” “Neftçi”nin futbolçusuna elçi düşdü
22.12.2019 - 16:34
“Hapoel Beer-Şeva” “Neftçi”nin futbolçusuna elçi düşdü

“Neftçi”nin yarımmüdafiəçisi Mamadu Kane Bakı klubunu tərk edə bilər. 

Apasport.az saytının məlumatına görə, 22 yaşlı qveniyalı futbolçu xarici çempionatlarda çıxış edən bir neçə komandanın maraq dairəsinə düşüb. 

Onun konkret olaraq, “Hapoel Beer-Şeva” (İsrail) keçidi gündəmdədir. İsrailli menecerlər Kaneni bu kluba aparmaq niyyətindədir. Lakin “Neftçi” futbolçusunu müəyyən məbləğ qarşılığında buraxmağa razıdır. 

İsrail klubunun Kane üçün yanvarda danışıqlar masasına oturacağı bildirilir.

Qeyd edək ki, “Neftçi” Kane ilə ötən ilin dekabrında 3 illik müqavilə bağlayıb. O, Qvineyanın "Kalum Star” klubundan transfer olunub.