“Heç bir limitə fikir verməmişdik” - “Zirə”nin baş məşqçisi
16.11.2019 - 18:22
“Heç bir limitə fikir verməmişdik” - “Zirə”nin baş məşqçisi

"Qarşılaşmanı keçirməkdə əsas məqsədimiz meydana az çıxan və zədədən qayıdan futbolçuların oyun praktikası qazanması idi”. 

Apasport.az-ın məlumatına görə, bunu “Zirə”nin baş məşqçisi Zaur Həşimov deyib.

Gənc çalışdırıcı “Sumqayıt”la yoxlama oyunu barədə fikirlərini açıqlayıb: “İstəyirdik ki, bir az oyunu, meydançanı hiss etsinlər. Hazır vəziyyətdə olan 10 futbolçumuz var idi, elə onlarla da meydana çıxdıq. Heç bir limitə fikir verməmişdik. Start heyətində 8 legioner çıxmışdı. Futbolçularda istədiyimizi görə bildik".

Qeyd edək ki, Zirə İdman Kompleksindəki oyunda 0:0 hesablı heç-heçə qeydə alınıb.