"Qarşılaşmada ən çox meydan amilindən narahat idim. Süni meydanda oynamaq çətindir”.
Apasport.az saytının məlumatına görə, bunu "Zirə"nin baş məşqçisi Zaur Həşimov deyib.
38 yaşlı gənc mütəxəssis Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk görüşündə səfərdə "Səbail"lə qolsuz heç-heçə etdikləri matçı şərh edib: “Futbolçularımın zədələnməsindən qorxurduq. Bu baş vermədi. Oyunu qollu heç-heçə ilə bitirmək istəsək də, alınmadı. Qapımızda qol görməməyimiz isə sevindirici məqamdır".
Onun sözlərinə görə, 90 dəqiqə heç də asan keçməyib: "Hesab rəqibə sərf edir. Premyer Liqada belə stress olmur. Qollu heç-heçə olsaydı, mərhələni keçmək şansımız daha çox olardı".
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı