"Keşlə"nin sabiq futbolçusu Pablo Xoakin Podio Qazaxıstana köçüb.
Apasport.az saytının məlumatına görə, argentinalı yarımmüdafiəçi "İrtış" klubu ilə 1 illik müqavilə imzalayıb.
Keçidi ilə bağlı yerli mətbuata müsahibə verən 31 yaşlı orta sahə oyunçusu Qazaxıstana uyğunlaşmağın onlara çətin olmayacağını bildirib. Buna səbəb kimi isə bir müddət Azərbaycanda yaşamalarını göstərib: "Fərqli mədəniyyətlərlə tanış olmağı xoşlayıram. Həyat yoldaşım və qızlarım Azərbaycanda yaşadıqları üçün onların burada uyğunlaşma prosesi daha yaxşı keçməlidir".
Qeyd edək ki, 2018-ci ilin yanvarında "Fastav"dan "Keşlə"yə keçən Pablo Xoakin Podio cəmi 6 ay sonra Çexiya klubuna qayıtmışdı.
"Həyat yoldaşım Azərbaycana uyğunlaşdığı üçün..." - argentinalı futbolçu
16.01.2020 - 09:04
0
0