“İlk oyunumda qol vurduğum üçün sevincliyəm” - Halil Dərvişoğlu
27.05.2021 - 23:16
“İlk oyunumda qol vurduğum üçün sevincliyəm” - Halil Dərvişoğlu

“Ay-ulduzlu” formada ilk oyunuma çıxdım. Qol vurduğum üçün sevincliyəm”.

Apasport.az saytının məlumatına görə, bunu Türkiyə millisinin hücumçusu Halil Dərvişoğlu deyib.

“Ay-ulduzlular”ın heyətində Azərbaycan millisinə qarşı keçirilən yoldaşlıq görüşündə debüt edən forvard matçdan sonra bu fikirləri səsləndirib: “Komanda şəklində elə də yaxşı oyun göstərmədik. Amma hazırlığımızı davam etdirib, daha yaxşı oynamağa çalışacağıq”.

Qeyd edək ki, Alanyada keçirilən görüşdə millimiz 1:2 hesabı ilə məğlub olub.
 

0