“İnfantino öz işini yaxşı görmür. O, FIFA prezidenti vəzifəsinə gələndə 30-u direktor olmaqla 80 nəfəri işdən çıxarıb”.
Apasport.az saytının məlumatına görə, bunu FIFA-nın sabiq prezidenti Jozef Blatter hazırkı rəhbəri Canni İnfantino barədə danışarkən deyib.
İsveçrəli funksionerin fikrincə, xələfinin DÇ-2022-yə ev sahibliyi edəcək Qətərə köçməsi yanlış addımdır: “Sürix FIFA-nın mənzil-qərargahıdır. Qərargah 1932-ci ildən Sürixdədir. Mən müxtəlif ölkələrdə dörd və ya beş dünya çempionatına qatılmışam. Heç vaxt mundialın keçirildiyi ölkədə yaşamağı düşünməmişəm. İnfantino FIFA-ya Sürixdən rəhbərlik etməlidir, nəinki başqa yerdən. O, yaxşı FIFA prezidenti deyil”.
Qeyd edək ki, dünya çempionatı noyabr-dekabr aylarında keçiriləcək.