“Neftçi”nin sabiq futbolçusu Keysuke Honda şəxsi tvitter səhifəsindən paylaşım edib.
Apasport.az saytının məlumatına görə, yaponiyalı ulduz futbolçu Rusiya ilə Ukrayna arasında yaşanan hərbi gərginliyə münasibət bildirib.
Hazırda Litvanın “Suduva” klubunda çıxış edən 36 yaşlı yarımmüdafiəçi müharibənin əleyhinə olduğunu yazıb: “İnanıram ki, müharibəni dayandırmağın yolu var. Bunu tariximiz ərzində heç vaxt görməmişik. Amma bu, zorakılıqla deyil. İkinci Dünya Müharibəsi bizə nə öyrətdi? Azadlıq və bərabərliyimizi müharibəsiz əldə edə bilmərik? İnsan həyatından vacib heç nə yoxdur”.
Qeyd edək ki, Keysuke Honda 2020/2021 mövsümünün son 3 ayını “Neftçi”nin heyətində keçirib və Azərbaycan Premyer Liqasının qalibi olub.
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi
- Ronaldo özünü “xəyanətə uğramış” hiss edir – Jezuş yalan danışıb