“İnter” hücumçusunu icarəyə verir – aşağı liqaya
23.09.2020 - 13:38
İtaliyanın “İnter” klubu hücumçusu Sebastyano Espozitonu icarəyə verməyi planlaşdırır.
Apasport.az saytının məlumatına görə, 18 yaşlı forvardın mövsümün sonunadək “Spal”da oynayacağı gözlənilir.
B seriyası təmsilçisi gənc hücumçu ilə ön xətdəki problemləri həll etməyi düşünür. Espozitonun xidmətində “Peskara” da maraqlıdır.
Qeyd edək ki, Milan təmsilçisinin futbolçu ilə müqaviləsi 2022-ci ilin yayında başa çatacaq.
0
0