“İnter” üçün 30 milyonluq müdafiəçi
26.01.2022 - 12:17
“İnter” üçün 30 milyonluq müdafiəçi

İtaliya “İnter”i “Leypsiq”in futbolçusu Anxelinonu transfer etmək niyyətindədir.

Apasport.az saytının məlumatına görə, İtaliya təmsilçisi 25 yaşlı müdafiəçi ilə sol cinahı gücləndirməyi planlaşdırır.

Almaniya klubunda çıxış edən Anxelino cari mövsümdə 25 matça çıxıb. Onun aktivində 7 assist var.

Qeyd edək ki, futbolçunun qiyməti 30 milyon avro ilə dəyərləndirilir.