“İnter”dən müdafiəçisinə yeni müqavilə təkifi
16.04.2022 - 16:17
“İnter”in müdafiəçisi Danilo Dambrozio klubda qala bilər.
Apasport.az saytının məlumatına görə, İtaliya təmsilçisi 33 yaşlı futbolçunu komandada saxlamaq niyyətindədir.
“Neradzurra” hətta Dambrozioya mövsümün sonuna qədər olan müqavilə müddətini daha bir il uzatmağı təklif edib. Ancaq futbolçu özü daha uzunmüddətli sözləşmə bağlamaq arzusundadır.
Qeyd edək ki, Danilo Dambrozio bu mövsüm 21 oyunda bir qol vurub, bir məhsuldar ötürmə verib.
0
0