“İnter”dən tarixi rekord
24.11.2019 - 14:16
“İnter”dən tarixi rekord

İtaliya A seriyasının XIII turunda “Torino”nu 3:0 hesabı ilə məğlub edən “İnter” startda ardıcıl 7-ci səfər qələbəsini qazanıb.

Apasport.az saytının məlumatına görə, bu, Milan təmsilçisinin tarixində mütləq rekorddur.

A seriyasında indiyədək yalnız iki komanda – “Milan”la “Yuventus” daha yaxşı göstəriciyə malikdir. Onlar hərəyə 8 belə qələbə qazanıb ki, “İnter” növbəti səfər matçında bu göstəricini də təkrarlaya bilər.

Milanlılar həm də son 69 ildə ən yaxşı startına imza atıb. İlk 13 turda 11 qələbəsi olan komanda sonuncu dəfə 1950/51 mövsümünə belə uğurla başlamışdı.

Qeyd edək ki, “Yuventus”dan bir xal geri qalan “İnter” ikinci pillədə qərarlaşıb.