“Keşlə” “Dandolk”un futbolçusunun transferini rəsmiləşdirdi
03.02.2022 - 15:28
“Keşlə” Natan Oduvanın transferini rəsmiləşdirib.
Apasport.az xəbər verir ki, bu barədə Bakı klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Bildirilib ki, ingiltərəli hücumçu 6 aylıq müqaviləyə qol çəkib. “Tottenhem”in yetirməsi olan 26 yaşlı ön xətt oyunçusunun son klubu İrlandiya təmsilçisi “Dandolk” olub.
Qeyd edək ki, Natan Oduva karyerası ərzində Şotlandiya, Sloveniya, Danimarka və İsraildə də legioner həyatı yaşayıb.
0
0