“Keşlə” “Səbail-2”nin futbolçusu ilə güclənir
11.01.2020 - 13:22
Azərbaycan millisinin sabiq futbolçusu Murad Ağayev karyerasını “Keşlə”də davam etdirəcək.
Apasport.az saytının məlumatına görə, mövsümün ilk hissəsini “Səbail-2”də oynayan 27 yaşlı yarımmüdafiəçi ilə bu gün rəsmi müqavilənin imzalanacağı gözlənilir.
Bir neçə gündür “Keşlə”də baxışda olan Ağayev baş məşqçi Tərlan Əhmədovun etimadını qazanıb. Bu səbəbdən də o, “Səbail-2”dən ayrılaraq, Premyer Liqa klubuna keçməyi üstün tutub.
Qeyd edək ki, Ağayev daha öncə "Sumqayıt", AZAL və "Neftçi" klublarında oynayıb. O, Azərbaycanın U-19 və əsas millisinin də formasını geyinib.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
0
0