“Keşlə”nin qış “transfer pəncərəsi”ndə heyətinə qatmaq istədiyi yerli futbolçulardan birinin adı bəlli olub.
Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi hazırda “Sumqayıt”da forma geyinən Ehtiram Şahverdiyevin xidmətində maraqlıdır.
U-21 yığmamızda çıxış edərkən komandanın aparıcı üzvlərindən olmuş Şahverdiyev cari mövsüm “Sumqayıt”da çox oynamaq şansı tapmır. Bakılılar onun keçidini həll etmək üçün danışıqlara da start verib. Əgər tərəflər ortaq məxrəcə gəlsə, E.Şahverdiyev qışdan sonra “Keşlə”nin uğurları üçün oynayacaq.
Qeyd edək ki, Premyer Liqada mövsümün ilk yarısında 1 oyuna çıxan futbolçu 18 dəqiqə meydanda olub.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı