Türkiyədə təlim-məşq toplanışında olan Bakının “Keşlə” klubu bu gün ilk yoxlama oyununu keçirib.
Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi Almaniyanın “Zvikau” klubu ilə qarşılaşıb.
"Arkadia" otelinin meydançasında baş tutan matçda Tərlan Əhmədovun yetirmələri 3-cü liqa təmsilçisinə məğlub olublar. Almanların 4:1 hesabı ilə qalib gəldiyi oyunda "Keşlə"nin heyətində yeganə qola birinci hissədə yeni transfer Şohruh Qodiyev imza atıb.
Qeyd edək ki, Antalyada daha iki matça çıxacaq "Keşlə" yanvarın 22-də Rusiyanın “Arsenal”, 24-də Slovakiyanın “Zemplin” klubları ilə görüşəcək.
Yoxlama oyunu
17 yanvar
“Keşlə” – “Zvikau” (Almaniya) - 1:4
Qol: Şohruh Qodiyev, 32
Antalya. "Arkadia" otelinin meydançası
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı