"Keşlə" I divizion klubu ilə qarşılaşacaq
15.11.2019 - 11:36
"Keşlə" I divizion klubu ilə qarşılaşacaq

Bakının “Keşlə” klubu yoxlama oyunu keçirəcək.

Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi milli komandaların oyunları əlaqədar Premyer Liqada yaranmış fasilə zamanı yoxlama görüşündə qüvvəsini sınayacaq.

Tərlan Əhmədovun yetirmələri I divizion təmsilçisi  "Qaradağ Lökbatan" klubu ilə qarşılaşacaq. Oyun noyabrın 16-da baş tutacaq. Matç Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında keçiriləcək.