“Keşlə” I divizion klubunu darmadağın etdi
10.01.2020 - 22:04
“Keşlə” I divizion klubunu darmadağın etdi

Bakının “Keşlə” klubu yoxlama oyunu keçirib.

Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi bu gün “ASK Arena”nın əsas meydançasında “Qaradağ Lökbatan”la qarşılaşıb.

Tərlan Əhmədovun yetirmələri I divizion təmsilçisinə 3:0 hesabı ilə qalib gəlib. “Keşlə”nin heyətində Vüsal İsgəndərli, Ruslan Qurbanov və Ruslan Əmircanov fərqləniblər.

Qeyd edək ki, “Keşlə” hazırlığın ikinci mərhələsi çərçivəsində yanvarın 12-də Türkiyənin Antalya şəhərinə yollanacaq. 14 gün davam edəcək təlim-məşq toplanışı zamanı komanda 3 yoxlama oyunu keçirəcək.