“Keşlə” ənənəsi
25.02.2021 - 10:51
“Keşlə” ənənəsi

Tez-tez baş məşqçi dəyişiklikləri ilə diqqət çəkən “Keşlə” mövsümün sonunda ənənəsinə sadiq qalacaq.

Apasport.az saytının əldə etdiyi məlumata görə, Bakı klubu bir ay əvvəl bu posta gətirdiyi Sənan Qurbanovu gələn mövsüm üçün saxlamağı düşünmür.

Yanvarın sonlarında Yunis Hüseynovla yollarını ayıran paytaxt təmsilçisinin Qurbanova tapşırılmasının əsas səbəbi gündəmindəki digər mütəxəssislərin yarım mövsümlük təyinata razılıq verməməsi olub. Mövsümün qalan matçlarında nəticədən asılı olmayaraq, yay fasiləsində Sənan Qurbanovla yeni müqavilə imzalanmayacaq və klub prezidenti Zaur Axundov namizədləri ilə minimum birillik təklif əsasında danışıq aparacaq.

Qeyd edək ki, Sənan Qurbanovun gəlişindən sonra Azərbaycan kubokunun 1/4 final mərhələsinin hər iki oyununda “Kəpəz”ə qalib gələn “Keşlə” Premyer Liqada keçirdiyi iki oyunda “Qəbələ”yə məğlub olub (0:2), “Zirə” ilə bərabərə qalıb (2:2).
 

0