“Keşlə” Əzizovdan imtina edir
16.12.2019 - 14:02
“Keşlə” Əzizovdan imtina edir

Bakının “Keşlə" klubunun qış fasiləsində yollarını ayıracağı futbolçulardan biri müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, bu, yayda böyük ümidlərlə Niderland NEK-indən komandaya cəlb olunan Ziya Əzizovdur.

Mövsümün ilk yarısında “Keşlə”də debüt etməyən və bu müddətdə daha çox zədəli olan 21 yaşlı yarımmüdafiəçi göndəriləcək futbolçular siyahısında yer alıb. Hazırda Niderlandda müalicə olunan Z.Əzizovun elə bu ölkədə qalacağı və karyerasını da orada davam etdirəcəyi gözlənilir.

Qeyd edək ki, “Keşlə”nin qış "transfer pəncərəsi" zamanı heyətinə legionerlərlə yanaşı, iki yerli futbolçu qatacağı da dəqiqləşib.