“Keşlə”dən qolsuz sülh
25.01.2022 - 17:40
“Keşlə”dən qolsuz sülh

Mövsümün ikinci yarısına hazırlaşan “Keşlə” son yoxlama oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi “Kəpəz”lə qarşılaşıb.

Premyer Liqa təmsilçisi divizion klubunu “ASK Arena”da qəbul edib. Görüş 0:0 hesabı ilə başa çatıb.

Qeyd edək ki, bunadək “Səbail”lə iki yoxlama oyunu keçirən “Keşlə” (2:0,1:1) qış fasiləsini məğlubiyyətsiz başa vurub.