“Keşlə”dən darmadağın
16.11.2019 - 17:36
“Keşlə”dən darmadağın

Bakının “Keşlə” klubu yoxlama oyunu keçirib.

Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədə I divizion klubu “Qaradağ Lökbatan”la qarşılaşıb.

Matç Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında baş tutub. Görüş Premyer Liqa klubunun 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Darmadağına sevinən “Keşlə”nin heyətində qolları Emin Mehtiyev, Franko Flores, Pərviz Azadov və Xəzər Mahmudov vurublar.