"Keşlə"dən getdi - Vüsal İsgəndərli
28.05.2021 - 15:06
“Keşlə”nin daha bir futbolçusu klubu tərk edib.
Apasport.az saytının məlumatına görə, Vüsal İsgəndərli paytaxt klubundan ayrılıb.
Bunu futbolçunun özü sosial şəbəkə paylaşımında açıqlayıb. 26 yaşlı yarımmüdafiəçinin yeni komandası hələ dəqiqləşməyib.
Qeyd edək ki, 2019-cu ildən “Keşlə”nin uğurları üçün çalışan Vüsal bunadək “Rəvan”, “Simurq” və “Zirə”də oynayıb.
0
0