“Keşlə”nin futbolçusu “Sivasspor”un hədəfində - özü açıqladı
24.12.2019 - 09:55
“Keşlə”nin futbolçusu “Sivasspor”un hədəfində - özü açıqladı

"Türkiyənin üç klubundan təklif almışam”. 

Bunu apasport.az saytına açıqlamasında 21 yaşadək futbolçulardan ibarət Azərbaycanın milli komandasının yarımmüdafiəçisi Tural Bayramlı deyib.

“Keşlə”nin şərəfini qoruyan futbolçu karyerasını Türkiyədə davam etdirə bilər. O, Super Liqa və Birinci liqa klublarının maraq dairəsinə düşüb.

Yarımmüdafiəçi üç komanda – Super Liqanın liderləri "Sivasspor"la "Başakşəhər", həmçinin aşağı dəstə klubu "Adana Dəmirspor"dan təklif aldığını təsdiqləyib: “Bu klublar rəsmi təklifi mənim özümə ediblər. Onlar məni izlədiklərini və səbirsizliklə yolumu gözlədiklərini dedilər. Amma mən sonra söhbət edəcəyimizi bildirdim. Çünki indi bütün fikrim "Keşlə"dəki çıxışıma yönəlib. Əslində başqa ölkələrdən də təkliflərim var. Sadəcə olaraq Avropa Liqasına vəsiqə qazanmaq, orada oynamaq, daha sonra qismət olarsa Avropaya yollanmaq istəyirəm. Yəni hazırda fikrim "Keşlə" ilə avrokuboklara vəsiqə qazanmaqdır".

Qeyd edək ki, T.Bayramlı mövsümün ilk yarısında Premyer Liqada 14 oyuna 2 qol vurub.